Bu gün Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
GİN-nin Voleybol Mərkəzində həm qadınlar, həm də kişilər arasında Yüksək Liqanın qarşılaşmaları baş tutub.
İlk olaraq meydançaya qadın voleybolçular çıxıblar. III tur çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan “AZERRAIL” üstünlüyünü sonadək qoruyub. Rəqibi 3:0 hesabı ilə məğlub edən Cengiz Akarçeşmenin yetirmələri xallarının sayını 6-ya çatdırıblar.
Günün ikinci qarşılaşması kişi voleybolçular arasında olub. “Neftçi” komandası turnir cədvəlinə liderlik edən “AZERRAIL” ilə qarşılaşıb.
Liderin üstünlüyü ilə başlayan oyun gərgin mübarizədə keçib. Tay-brekə kimi davam edən matçda “AZERRAIL” 3:2 hesabı ilə qalib gəlib.
Yüksək Liqa (qadınlar)
“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:13, 25:21, 26:24)
Yüksək Liqa (kişilər)
“Neftçi” - “AZERRAIL” 2:3 (31:33, 29:27, 16:25, 25:17, 12:15)