Xəbərlər

10.12.2023 - Volleyball

Möhtəşəm oyun!! "Murov" "Şuşaya" ilk məğlubiyyət verdi.

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
GİN-nin Voleybol Mərkəzində ilk olaraq meydançaya “Murov Az Terminal” və “Xarı Bülbül Şuşa” komandaları çıxıb. Oyuna üstün başlayan Şuşa təmsilçisi ilk hissəni qalib başa vursa da, “Murov Az Terminal” ümumi hesabı bərabərləşdirə bilib. Növbəti setlərdə də tərəflər hərəyə bir dəfə fərqlənib və matçın qalibi tay-brekdə müəyyən olunub. Gərgin keçən bu oyunun sonunda 3:2 hesabı ilə “Murov Az Terminal” komandası qələbə qazanıb.
Günün ikinci matçında “AZERRAIL” komandası “Xarı Bülbül Laçın”la üz-üzə gəlib. Gərgin keçən ilk setdə qalib gələn “AZERRAIL” sonrakı hissələri də öz xeyrinə yekunlaşdırıb. Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan Boris Qrebennikovun yetirmələri 11 xalla turnir cədvəlində liderliyə yüksəliblər.
Qeyd edək ki, liderliyi ələ keçirən “AZERRAIL”in 11 xalı var. “Xarı Bülbül Şuşa” və “Murov Az Terminal” 10 xalla ikinci və üçüncü yerləri bölüşürlər. “Xarı Bülbül Laçın” və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələrdə qərarlaşıblar. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.
“Murov Az Terminal” - “Xarı Bülbül Şuşa” 3:2 (22:25, 25:22, 19:25, 25:16, 16:14)
“AZERRAIL” - “Xarı Bülbül Laçın” 3:0 (26:24, 25:20, 25:20)
07.12.2023 - Volleyball

Murov Az Terminal öz meydançasında qalib gəldilər!

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “AZERRAIL” komandaları üz-üzə gəlib. Gərgin keçən matçın qalibi 4 setdə müəyyən olunub. İlk hissədə “Xarı bülbül Şuşa” qalib gəlsə də, “AZERRAIL” növbəti hissəni aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib. Lakin Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirib və sonrakı setlərdə də qələbə qazanıb-3:1.
Günün ikinci oyunu isə MOİK və “Murov Az Terminal” komandaları arasında olub. “Murov Az Terminal”ın idman zalında baş tutan qarşılaşmada Fərid Cəlalovun yetirmələri 3:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, xallarının sayını 9-a çatdıran “Xarı Bülbül Şuşa” turnir cədvəlində liderliyi ələ keçirib. Hərəyə 8 xal toplayan “AZERRAIL” və “Murov Az Terminal” 2-ci və 3-cü yerde qərarlaşıblar. “Xarı Bülbül Laçın” və “Neftçi” 4 xalla 4-cü və 5-ci pillələri bölüşürlər. Sonuncu yerdə olan MOİK-in isə xalı yoxdur.
“Xarı Bülbül Şuşa” - “AZERRAIL” 3:1 (25:17, 22:25, 25:19, 25:16)
MOİK - “Murov Az Terminal” 0:3 (17:25; 13:25; 17:25)
05.12.2023 - Volleyball

Murovun qızları tələbələrə şans vermədilər.

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu baş tutub.
GİN-in Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” komandaları çıxıblar. Maraqlı mübarizədə keçən görüş “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca “Murov Az Terminal” - UNEC qarşılaşması start götürüb. Bu matçda gözlənildiyi kimi “Murov Az Terminal” “quru hesabla” qalib gəlib.
Qeyd edək, “Abşeron”, “AZERRAIL” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncu yerdədir.
Yüksək Liqa (qadınlar)
IV tur
“Milli Aviasiya Akademiyası” - “AZERRAİL” 0:3 (23:25, 22:25, 17:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:8, 25:10)
01.12.2023 - Volleyball

“Xarı Bülbül Laçın” komandasının ilk oyunu Murova qarşı oldu.

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. “Murov Az Terminal” Yüksək Liqanın debütantı “Xarı Bülbül Laçın” komandası ilə üz-üzə gəlib.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. Komandaların hərəsi iki set qazandığından qalib tay-brekdə müəyyən olunub. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” görüşün qalibi olub.
Qeyd edək ki, “AZERRAIL” 8 xalla turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xalı olan “Neftçi” və “Xarı Bülbül Laçın” komandaları üçüncü və dördüncü yerləri tuturlar. Keçirdiyi üç matçda məğlub olan MOİK-in xalı yoxdur. “Xarı Bülbül Şuşa” komandası isə hələki çempionatda oyun keçirməyib.
1 dekabr
“Murov Az Terminal” - “Xarı Bülbül Laçın” 3:2 (25:19, 18:25, 23:25, 25:21, 16:14)
29.11.2023 - Volleyball

Murovun "Azerreil"a qarşı ikinci məğlubiyyət.

Bu gün Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
GİN-nin Voleybol Mərkəzində həm qadınlar, həm də kişilər arasında Yüksək Liqanın qarşılaşmaları baş tutub.
İlk olaraq meydançaya qadın voleybolçular çıxıblar. III tur çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan “AZERRAIL” üstünlüyünü sonadək qoruyub. Rəqibi 3:0 hesabı ilə məğlub edən Cengiz Akarçeşmenin yetirmələri xallarının sayını 6-ya çatdırıblar.
Günün ikinci qarşılaşması kişi voleybolçular arasında olub. “Neftçi” komandası turnir cədvəlinə liderlik edən “AZERRAIL” ilə qarşılaşıb.
Liderin üstünlüyü ilə başlayan oyun gərgin mübarizədə keçib. Tay-brekə kimi davam edən matçda “AZERRAIL” 3:2 hesabı ilə qalib gəlib.
Yüksək Liqa (qadınlar)
“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:13, 25:21, 26:24)
Yüksək Liqa (kişilər)
“Neftçi” - “AZERRAIL” 2:3 (31:33, 29:27, 16:25, 25:17, 12:15)
25.11.2023 - Volleyball

Qızlarımızın növbəti gələbəmiz!

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.
Günün ilk qarşılaşması “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar. Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıb. Bu qarşılaşmada da qalib üç setdə müəyyən olunub. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb.
Turun daha bir qarşılaşması isə Gəncə şəhərində baş tutub. Gəncə OİK-də təşkil edilən oyunda “Gəncə” komandasının qonağı son ölkə çempionu “AZERRAIL” olub. Günün iki matçında olduğu kimi yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar.
Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə liderlik edir. Xalları 6 olsa da set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tutur. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər.
II TUR
“Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:16, 25:17)
“Gəncə” - “AZERRAIL” 0:3 (13:25, 12:25, 20:25)
“Abşeron” - UNEC 3:0 (25:15, 25:10, 25:13)
 

 

23.11.2023 - Volleyball

Çempionların ilk məğlubiyyəti...

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Matçın qalibi 3 setdə müəyyən olunub. Qarşılaşmaya daha yaxşı başlayan “AZERRAIL”üstünlüyünü sonadək qoruyub və quru hesabla qələbə qazanıb - 3:0 (25:22, 25:23, 31:29).
Qeyd edək ki, turnir cədvəlinə 6 xalla “AZERRAIL” liderlik edir. “Neftçi” və “Murov Az Terminal” hərəyə 3 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Keçirdiyi hər iki matçda məğlub olan MOİK-in xalı yoxdur. “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları isə hələki çempionatda oyun keçirməyiblər.
23 noyabr
Yüksək Liqa
“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:22, 25:23, 31:29)
21.11.2023 - Volleyball

Murov komandası Gəncədə qonaq oldu.

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Ölkə birinciliyində debüt edən "Gəncə" klubu Bakının “Murov Az Terminal” komandasını qəbul edib.
Gəncə OİK-də keçirilən görüşdən əvvəl yerli komandanın Yüksək Liqada mübarizəyə başlaması, həmçinin ölkə çempionatının oyunlarının paytaxtla yanaşı bölgələrdə də təşkili münasibətilə tədbir təşkil olunub. İlk dəfə voleybol üzrə ölkə birinciliyinin oyunlarına ev sahibliyi edən Gəncə OİK-nin tribunaları yerli azarkeşlərlə dolu olub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi qonaqlar, federasiyasının nümayəndələri də iştirak ediblər. Voleybol sevərlər tərəfindən maraqla qarşılanan açılış tədbirindən sonra isə qarşılaşmaya start verilib.
Gəncə OİK-də baş keçirilən görüş qonaqların üstünlüyü ilə keçib. Bakı klubu hər üç setdə üstün olub - 25:18, 25:17, 25:18. Beləliklə, Yüksək Liqaya quru hesablı qələbə ilə başlayan "Murov Az Terminal" ilk xallarını aktivinə yazdırıb.
Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.
Yüksək Liqa (qadınlar)
21.11.2023
"Gəncə" - “Murov Az Terminal” 0:3 (25:18, 25:17, 25:18)
16.11.2023 - Volleyball

Kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümün ilk oyunları!

Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.
Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.
Günün digər qarşılaşması “AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.
Yüksək Liqa
16 noyabr
I tur
“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16)
15.08.2023 - Volleyball

HEYDƏR ƏLİYEV KUBOKU

,,MUROV'' 3-0 ,,XARI BÜLBÜL'' (25:13,25:14,25:22) Bir neçə gün öncə Azərbaycan Çempionluğunu qazanan kişilərdən ibarət komandamız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ,,Heydər Əliyev Kuboku''nun finalında ,,Xarı Bülbül'' ilə üz üzə gəldi. İlk iki setdə çətinlik çəkmədən qalib gəldiksə,son setdə rəqib komandamızı həyacanlandıra bildi.Bu setin hesabında da(25:22), özünü göstərdi. Bu il mövsümə ,,Çağırış Kuboku'' ilə start verən komandamız avropada debüt ilindəcə uğur qazanaraq 2 mərhələ keçməyi bacardı və Şəhidlərimizin ,Qazilərimizin uğrunda can verdiyi ,,Murov'' adını avropa elitasına ən yüksək səviyyədə təqdim etdi! Ölkə daxili yarışlarda isə maksimum nəticə göstərərək, çempionluq (Azərbaycan çempionu və Heydər Əliyev Kuboku) yaşadı kişilərdən ibarət komandamız. Murov Voleybol Kulubu olaraq bu yarışlarda bizə dəstək olan Gənclər Və İdman Nazirliyinə,Azərbaycan Voleybol Federasiyasına,azarkeşlərimizə ,kulubumzun hər bir əməkdaşına və əziyyəti keçən hər bir kəsə dərin təşəkk