Murov komandası Gəncədə qonaq oldu.
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Ölkə birinciliyində debüt edən "Gəncə" klubu Bakının “Murov Az Terminal” komandasını qəbul edib.
Gəncə OİK-də keçirilən görüşdən əvvəl yerli komandanın Yüksək Liqada mübarizəyə başlaması, həmçinin ölkə çempionatının oyunlarının paytaxtla yanaşı bölgələrdə də təşkili münasibətilə tədbir təşkil olunub. İlk dəfə voleybol üzrə ölkə birinciliyinin oyunlarına ev sahibliyi edən Gəncə OİK-nin tribunaları yerli azarkeşlərlə dolu olub. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, digər rəsmi qonaqlar, federasiyasının nümayəndələri də iştirak ediblər. Voleybol sevərlər tərəfindən maraqla qarşılanan açılış tədbirindən sonra isə qarşılaşmaya start verilib.
Gəncə OİK-də baş keçirilən görüş qonaqların üstünlüyü ilə keçib. Bakı klubu hər üç setdə üstün olub - 25:18, 25:17, 25:18. Beləliklə, Yüksək Liqaya quru hesablı qələbə ilə başlayan "Murov Az Terminal" ilk xallarını aktivinə yazdırıb.
Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.
Yüksək Liqa (qadınlar)
21.11.2023
"Gəncə" - “Murov Az Terminal” 0:3 (25:18, 25:17, 25:18)
Kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümün ilk oyunları!
Bu gün voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.
Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.
Günün digər qarşılaşması “AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.
Yüksək Liqa
16 noyabr
I tur
“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16)
HEYDƏR ƏLİYEV KUBOKU
,,MUROV'' 3-0 ,,XARI BÜLBÜL'' (25:13,25:14,25:22) Bir neçə gün öncə Azərbaycan Çempionluğunu qazanan kişilərdən ibarət komandamız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ,,Heydər Əliyev Kuboku''nun finalında ,,Xarı Bülbül'' ilə üz üzə gəldi. İlk iki setdə çətinlik çəkmədən qalib gəldiksə,son setdə rəqib komandamızı həyacanlandıra bildi.Bu setin hesabında da(25:22), özünü göstərdi. Bu il mövsümə ,,Çağırış Kuboku'' ilə start verən komandamız avropada debüt ilindəcə uğur qazanaraq 2 mərhələ keçməyi bacardı və Şəhidlərimizin ,Qazilərimizin uğrunda can verdiyi ,,Murov'' adını avropa elitasına ən yüksək səviyyədə təqdim etdi! Ölkə daxili yarışlarda isə maksimum nəticə göstərərək, çempionluq (Azərbaycan çempionu və Heydər Əliyev Kuboku) yaşadı kişilərdən ibarət komandamız. Murov Voleybol Kulubu olaraq bu yarışlarda bizə dəstək olan Gənclər Və İdman Nazirliyinə,Azərbaycan Voleybol Federasiyasına,azarkeşlərimizə ,kulubumzun hər bir əməkdaşına və əziyyəti keçən hər bir kəsə dərin təşəkk